!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Hakimləri təhqir edən “Kəpəz”in məşqçisi diskvalifikasiya olundu

!Reklam – Yazi

Azərbaycan Premyer Liqasının XI turunda “Turan Tovuz”la səfər oyununda hakimləri təhqir edən “Kəpəz”in analitik məşqçisi İlkin Verdiyev AFFA İntizam Komitəsi tərəfindən diskvalifikasiya olunub.

Yenicag.az xəbər verir ki, qarşılaşma bitdikdən sonra referilərin ünvanına nalayiq ifadələr səsləndirən məşqçiyə ikisi şərti olmaqla 5 oyunluq cəza verilib.

Ona 3 aylıq sınaq müddəti təyin edilib. Analitikin davranışı gəncəliləri 4000 manat ziyana salıb.
Bundan başqa, görüşdə 4 futbolçusu sarı vərəqə alan “Kəpəz” daha 700 manat cərimələnib.

Qeyd edək ki, oyun “Turan Tovuz”un 4:0 hesablı qələbəsi ilə yekunlaşıb./Report

www.yenicag.az

208
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv