!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hakimlərin vəkillərə qarşı yeni TƏZYİQ “SİLAH”I: “Layihəyə sərt təpki göstəriləndə...” - İradə Cavadova

!Reklam – Yazi

“Təklif olunan dəyişiklikləri hakimlərin vəkillərə daha çox təzyiq göstərmək vasitəsi kimi qiymətləndirirəm”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisdə ötən həftə müzakirəyə çıxarılan və etirazla qarşılanan Mülki Prosessual Məcəlləsinə təklif olunan dəyişikliklər ətrafında vəziyyəti dəyərləndirən vəkil İradə Cavadova deyib.

İradə Cavadova sözügedən Məcəlləyə təklif edilən dəyişiklikləri hakimlərin vəkillərə daha çox təzyiq göstərmək vasitəsi kimi qiymətləndirib:

“Açığı, həmin layihə təqdim olunduqdan sonra vəkillərlə bu məsələnin müzakirə edilib-edilməməsi barədə məlumatsızam. Çox təəssüf edirəm ki, bizdə bu istiqamətdə qərarlar qəbul olunur və layihələr ortaya çıxarılır, ancaq hüquqşünaslarla məsləhətləşilmir.

Əslində, hər hansı layihə hazırlananda, öncə diskussiyalar olmalıdır, müzakirələr aparılmalıdır və sonra Milli Məclisə çıxarılmalıdır. Bizdə isə layihə Milli Məclisə çıxarılanda sərt təpki gördüyü zaman sonradan diskussiya açırlar.

Adətən, o diskussiyalar bitdikdən sonra da layihə əvvəl necə hazırlanmışdısa, çox da dəyişdirilmir, hansı müddəaları keçirmək istəyirdilərsə, onu da keçirirlər. Bizim də danışmağımız boşa gedir.

Vəkilin işi-peşəsi vəsatət verməkdir. Təklif olunan dəyişiklikləri hakimlərin vəkillərə daha çox təzyiq göstərmək vasitəsi kimi qiymətləndirirəm. Axı vəkil nə qədər pul alır ki, o qədər cərimə ödəsin… Ümumiyyətlə, çox qəribə cərimələrin tətbiqi nəzərdə tutulur.

Çox təqdirəlayiq olardı ki, Vəkillər Kollegiyası bu məsələyə münasibətini bildirsin”.

A.Zeynalov

www.yenicag.az

783
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv