!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hakimliyə namizədlərlə test imtahanının nəticələri məlum oldu

!Reklam – Yazi

Azərbaycan Prezidenti İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ilə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı qarşıda mühüm məsələlər qoyulub, o cümlədən hakimlərin iş yükünün azaldılması, işlərə vaxtında və daha keyfiyyətlə baxılması məqsədilə hakim ştatlarının sayı 200 vahid artırılıb.

Yenicag.az xəbər verir ki, vakant hakim ştatının yüksək biliyə və mənəvi keyfiyyətlərə malik gənc hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə hakimlərin seçim prosesinin daha da sürətləndirilməsi, imtahan mərhələlərinin sayının azaldılması və namizədlər üçün daha əlverişli şəraitin yaradılması ilə bağlı Məhkəmə-Hüquq Şurası tərəfindən müvafiq işlər görülməkdədir.

Müsabiqənin bütün mərhələlərini, habelə tədris kurslarını və məhkəmələrdə stajkeçməni müvəffəqiyyətlə başa vurmuş 155 nəfər hakimliyə namizəd ölkə Prezidentinin sərəncamları ilə müxtəlif birinci instansiya məhkəmələrinə hakim təyin edilib, 91 namizəd isə hazırda seçimin müxtəlif mərhələlərindədir.

Hakimlərin Seçki Komitəsi tərəfindən vakant hakim ştatlarının komplektləşdirilməsi ilə bağlı hakimliyə namizədlərin növbəti seçim prosesi keçirilir.

 

Noyabrın 3-də 301 nəfər hakimliyə namizədlə Dövlət İmtahan Mərkəzində beynəlxalq və yerli müşahidəçilərin, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələrinin, televiziya və mətbuat təmsilçilərinin iştirakı ilə növbəti test imtahanı keçirilib.

Namizədlər üçün hər cür əlverişli şəraitin yaradıldığı imtahan zamanı onlar sualları müasir texnologiyaların tətbiqi, fərdi qaydada, kompüter vasitəsilə cavablandırıblar. İmtahanın nəticələri hər bir namizədə o, sualları cavablandırdıqdan dərhal sonra elan olunmaqla müvafiq arayış təqdim edilib.

İmtahanda 60 və daha çox bal toplayaraq uğur qazanmış 163 nəfər hakimliyə namizəd müsabiqənin növbəti mərhələsinə buraxılıb. Proses müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilib.

Yeni qaydalara əsasən imtahanın nəticələri namizədlərin yalnız şəxsi eyniləşdirmə kodu göstərilməklə dərc edilir.

İmtahanın nəticələri və ikinci mərhələyə buraxılmış namizədlərin siyahısı Hakimlərin Seçki Komitəsinin saytında (http://jlc.gov.az/view_index.php?id=1072) yerləşdirilib.

Eyni zamanda, hakimliyə namizədlərin sənədlərinin qəbulu fasiləsiz olaraq davam edir.

Bununla əlaqədar hakim olmaq arzusunda olan hüquqşünaslar sənədlərini təqdim etməyə dəvət olunurlar.

Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62.

Ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə.

www.yenicag.az

320
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv