!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Halal” adı ilə əhaliyə sırınan kolbasalar: “Belə yerlər ifşa olunmalıdır” - FOTO

!Reklam – Yazi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kolbasa və sosiska məhsullarında aparılan yoxlamaların nəticəsini açıqlayıb. Qurum istehlakçılara satış şəbəkələrində təhlükəsizlik göstəricilərində uyğunsuzluq aşkarlanan kolbasa-sosiska məhsulu partiyalarını istehlak etməməyə və bazarlarda aşkarlandığı halda dərhal Agentliyin “1003 − Çağrı Mərkəzi”nə məlumat verməyə səsləyib.

Yenicag.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələ ilə bağlı ictimi nəzarətin gücləndirilməsinin vacib olduğunu bildirib:

“İllər boyu istehlakçıların aldadılması baş verir. AQTA-nın bu araşdırmaları müsbət haldır. Lakin qurumun bu addımı zəruri olsa da, kafi deyil. 8-ci kilometr bazarında kilosu 2 manat 30 qəpiyə satılan kolbasalar da araşdırılmalıdır. 20-yə qədər qeyri-qanuni şəkildə fəaliyyət göstərən yerlər var, hansı ki, AQTA onlara nəzarət edə bilmir. Bütün neqativ hallar ictimaiyyətin gözü qarşısında baş verir. Düşünürəm bunun üçün ictimai nəzarət olmalıdır. Əhali AQTA-ya məlumat verməli və belə yerlər ifşa olunmalıdır. Ən əsası xaricdən gətirilən sosiska və kolbasa məhsullarının ciddi analizi aparılmalıdır. Çünki ən böyük şübhələr bundadır. Xaricdən “Halal” sertifikatı ilə Azərbaycana məhsullar gətirilir. Bütün bunlara son qoyulmalıdır”.

“Müəssisələr açıq qapı günləri keçirməlidir. İctimai nəzarət gücləndirilməli, KİV nümayəndələri, ictimai təşkilatlar o tədbirlərə dəvət olunmalıdır”, – deyə AİB sədri qeyd edib.

Cəvahir

www.yenicag.az

548
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv