!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Halloween” bayramı NƏDİR?

!Reklam – Yazi

Mənşəyi xristianlıqla bağlı olan “Halloween” qorxu və əyləncənin birləşdiyi bayrama çevrilib.

Yenicag.az xəbər verir ki, dünyanın bir çox ölkəsində, xüsusən də Amerikada qeyd olunan bayramda insanlar hər il kostyumlar geyinir, şirniyyat toplayır və evlərini bəzəyirlər.

“Halloween” ənənəvi bayram kimi hər il oktyabrın 31-də qeyd olunan festivaldır. Xüsusilə Şimali Amerikada və bəzi digər ölkələrdə böyük populyarlıq qazanıb.

“Halloween” bayramını digər bayramlardan fərqləndirən əsas əlaməti, həmin gün insanların bir-birindən maraqlı, qeyri-adi kostyumlar geyinməklə bir yerə toplaşmasıdır. Bəziləri düşünür ki, həmin gün “o dünya” və bu dünya arasındakı darvazalar açılır. İnsanlar ölmüş yaxınları ilə birlikdə dünyaya gəlmək istəyən ziyanverici ruhları qorxutmaq üçün iyrənc makiyajlar edir, qorxuducu kostyumlar geyinirlər.

“WorldBook” ensiklopediyasında qeyd olunur ki, “Halloween” bayramının kökləri 2000 il bundan əvvəl keltlərin qeyd etdiyi bütpərəst bayrama gedib çıxır. Keltlər inanırdılar ki, bu vaxt ölülər diri insanlar arasında gəzib-dolaşır, dirilər ölülərlə görüşə bilərdilər”.

www.yenicag.az

347
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv