Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında uşu-sanda növü üzrə çıxış edən Pərviz Abdullayev “Bakı-2017”-ni bürünc medalla başa vurub.
Yenicag.az saytına danışan təmsilçimiz qızıl medal qazana bilməməsinin səbəblərini açıqlayıb:
“İdmana uşu-sanda növü ilə məşğul olmaqla başlamışam. Lakin sonda kikboksinq növü üzrə çıxış edim. Kikboksinq üzrə beşqat dünya çempionuyam. Son 8 ayda isə uşu-sanda ilə məşğul oldum. Hər kəs məndən qızıl medal gözləyirdi. Deyirdilər ki, artıq bir “qızıl”ımız var. İran İslam Respublikası bu idman növündə dünyada ikinci yerdədir. Birinci döyüşdə Türkmənistan təmsilçisini məğlub etdim. Daha sonra güclü türkiyəli idmançıya qalib gəldim. Yarımfinalda isə iranlı ilə qarşılaşdım. Rəqibim dünya çempionu idi. Çox ağır döyüş keçdi. Lakin güləş fəndində ona məğlub oldum və bürünc medal qazandım. Peşəkar kikboksinqlə də məşğul oluram. Qarşıda tələbələrin universiadası və dünya çempionatı var. Yəqin ki, hər iki yarışda döyüşəcəm. Peşəkar döyüşümə gəlincə, dünən artıq dəvət almışam. İyunun sonunda Çinə yola düşəcəm.
Emin
Yenicag.az
Foto: Cəmalə Əlizadə