!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hamilə qadında xərçəng aşkarlanarsa… - Tanınmış onkoloqdan çıxış yolları

!Reklam – Yazi

Qadınlar arasında ən çox yayılan xəstəlik süd vəzi xərçəngidir.

Bəs görəsən bu bəlaya düçar olan xanım uşaq dünyaya gətirə bilərmi?

Övladına ana südü verə bilərmi? Suallarımıza medical onkoloq Aliyə Aslan cavab verir:

“ Əvvəllər süd vəzində xərçəng olan qadının uşaq dünyaya gətirməsinə qəti şəkildə icazə verilmirdi. Amma illər ötür, tibbdə yeniliklər baş verir. Hazırda bu məsələyə fərdi yanaşılır və xəstənin yaşından, onkoloji xəstəliyin mərhələsindən, növündən, aldığı müalicələrdən asılı olaraq qərar verilir. Xarici ölkələrdə, tutaq ki, qadın hamiləliyinin 3 ayından sonra xərçəngə yoluxarsa, ona kimyəvi dərman müalicəsi tətbiq edilir və uşaq süni yolla dünyaya gətirilir. Bizdə isə qadının vəziyyətinə və hamiləliyinin xarakterinə uyğun olaraq addım atılır. Hərdən məndən “xərçəng ana bətnində uşağa ötürülə bilərmi?” deyə soruşurlar. Xeyr, belə halla heç rastlaşmadıq,

mümkün olacaq da deyil. Yəni belə bir ehtimal sıfıra bərabərdir. Ümumlikdə, yumurtalıq və süd vəzi xərçənginin irsi formaları var. Amma bu o demək deyil ki, uşaq doğulanda xərçəngli doğulur. Bütün hallarda istər hamiləliyin ilk həftələrində, istərsə də hamiləliyin irəliləyən aylarında ginekoloqla yanaşı gərəkn halda onkoloqa da müraciət etmək mütləqdir. Hər bir qadın bu dünyaya ana olmaq üçün gəlib! Sag və saglam olun!

www.yenicag.az

222
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv