!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hamiləlikdə qan azlığının riskləri – Ginekoloq Xanım Adıgözəlova

!Reklam – Yazi

Hamiləlikdə qan azlığı ananın qanında qırmızı qan hüceyrələrinin normadan aşağı olması ilə əlaqədar yaranan bir vəziyyətdir. Bu vəziyyətə isə elmi dildə anemiya deyilir. Həkim mama-ginekoloq Xanım Adıgözəlovanın mövzu üzrə yazdığı yazılara əsasən deyə bilərik ki, hamiləlikdə anemiya ana körpənin sağlamlığına mənfi təsir göstərən ümumi bir vəziyyətdir.

Hamiləlikdə qan azlığının simptomları diaqnozu

Hamiləlikdə qan azlığının simptomları hamiləlik əlamətləri ilə oxşardır. Lakin davamlı yorğunluq, zəiflik, solğun dəri, başgicəllənmə, nəfəs darlığı sürətli ürək döyüntüsü əsasənqan azlığı olduqda baş verir. Əgər hamilə qadın bu simptomlardan birini ya bir neçəsini yaşayırsa, mütləq həkiminə bu barədə məlumat verməlidir. Əgər qan azlığından şübhələnilirsə, qan testi ilə diaqnoz qoyulmalı dərhal müdaxilə məqsədli müalicəyə başlanılmalıdır. Həkim mama-ginekoloq Xanım Adıgözəlova bildirir ki, hamiləlikdə anemiya diaqnozu qoyulduqdan sonra kim əsas səbəbi müəyyən etmək üçün əlavə testlər tələb edə bilər. Əksər hallarda, hamiləlikdə anemiyanın əsas səbəbi mir çatışmazlığı olur dəmir ehtiyatlarını doldurmaq üçün dəmir əlavələri ya qida maddələri ilə zənginləşdirilmiş pəhrizlər tövsiyə edilir.

Qeyd edək ki, doğru diaqnoz düzgün müalicə ilə anemiyanın təsirləri azaldıla, ana körpənin sağlamlığı qoruna bilər.

Qan azlığının hamiləliyə təsirləri

Hamiləlik zamanı anemiya körpəyə müəyyən təsirlər edə bilər. Həkim mama-ginekoloq Xanım Adıgözəlova bildirir ki, qan azlığı səbəbilə kifayət qədər oksigen və qida almayan körpənin çəkisi az ola bilər ki, bu da körpənin sağlamlığı və inkişafı üçün mühüm risk faktorudur. Həmçinin, anemiyası olan qadınlarda erkən doğuş riski yaranır. Bəzi hallarda erkən doğuş isə özlüyündə körpədə müəyyən sağlamlıq problemlərinin yaranmasına səbəb olur.

Mütəxəssis rəyinə əsasən deyə bilərik ki, hamiləlik zamanı qan azlığı doğumdan sonrakı sağalma prosesinə də təsir edə bilər. Belə ki, anemiyası olan qadınlarda doğuşdan sonra qan itkisi daha ciddi problem olur buna görə də sağalma prosesi yavaşlayır.

Qan dərmanları hamiləliyə təsir edirmi?

Hamiləlikdə qan azlığı yaşayan qadınları müalicə mərhələsində maraqlandıran əsas məsələ qəbul edəcəkləri dərman və ya iynələrin dölə təsirinin olub-olmamasıdır. Təbii ki, burada onlar daha çox mənfi təsirlərlə maraqlanırlar. Həkim mama-ginekoloq Xanım Adıgözəlova bildirir ki, hamiləlik dövründə anemiya üçün təyin olunan dərmanlar ana və körpənin sağlamlığını nəzərə alaraq həkimlər tərəfindən diqqətlə seçilir. Dərmanların dölə zərər vermə potensialı dərmanın növündən, dozasından və hamiləliyin mərhələsindən asılı olaraq dəyişir. Bəzi dərmanlar ehtiyatla istifadə edilməlidir, çünki onlar körpənin inkişafına mənfi təsir göstərə bilər. Lakin hər bir halda hamiləlik zamanı qan azlığı varsa, bu, mütləq müalicə olunmalıdır.

Həmçinin qeyd etmək lazımdır ki, hər bir hamiləlik fərqli olduğundan hamiləlik zamanı anemiyaya qarşı dərmanlardan istifadə etməzdən əvvəl sahə üzrə mütəxəssis bir həkimə müraciət edilməlidir.

Hamiləlikdə qan dəyərini təbii şəkildə sabit saxlamaq

Hamiləlikdə sağlam qidalanmaq dölün inkişafı ilə yanaşı hamilə qadının öz sağlamlığı üçün də önəmlidir. Həkim mama-ginekoloq Xanım Adıgözəlova qeyd edir ki, bədənində kifayət qədər vitamin və minerallar olmayan qadının hamiləlik müddəti narahat keçəcək, doğuşdan sonra halsızlıq, gec sağalma kimi nüanslar baş verəcəkdir. Ona görə də sağlam qidalanmaq olduqca önəmlidir. Xüsusən də, əgər hamiləlikdə qan azlığı varsa, qidaya diqqət etmək lazımdır. Qırmızı ət, yaşıl bitkilər, çuğundur, balıq kimi dəmir tərkibli qidalarla qidalanmaq bədəndə qan azlığının yaranmasını nisbətən əngəlləyəcəkdir. Mütəxəssislər qeyd edir ki, bu qidalar bədəndə dəmir yaratma prosesinin sürətlənməsi üçün C vitaminli meyvə və tərəvəzlərləbirlikdə qəbul edilməlidir.

Unutmayın ki, hamiləlik həyatınızda yaçayacağınız ən özəl anlardan biridir və bu anı sağlam, xoşbəxt, rəvan keçirmək üçün sağlamlığınızın qayğısına qalmalı, hamiləlik zamanı qan azlığı və bu kimi problemlərlə qarşılaşmamaq üçün mütəmadi olaraq müayinələrdə olmalısınız.

www.yenicag.az

681
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv