!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Hande Erçəlin yeni serialı İZLƏNMƏ REKORDLARI QIRDI - FOTO

!Reklam – Yazi

Türkiyəli aktrisa Hande Erçəlin baş rol aldığı yeni serialı “Bambaşka Biri”nin treyleri sosial medianı silkələyib, izlənmə rekordları qırıb.

Yenicag.az xəbər verir ki, 7 il əvvəl “Aşk Laftan Anlamaz” serialında baş rolları birlikdə canlandıran Hande Erçəl və Burak Dəniz “Bambaşka Biri” serialında yenidən bir araya gəliblər.

FOX TV ekranlarında yayımlanacaq “Bambaşka Biri” serialında ikilinin yenidən bir araya gəlməsi izləyicilərin böyük marağına səbəb olub.

Serialın mövzusu Həmdi Atilbayın meşədə vəhşicəsinə qətlə yetirilməsi, səliqəsiz keçmişini geridə qoyub indi yeni nizamını qurmaq istəyən gənc prokuror Leyla ilə şöhrət dolu həyatı olan jurnalist Kənanın yollarını kəsir. Lakin bu qətl onların təkcə sevgilərinin deyil, həyatları haqqında bildikləri həqiqətin də məhv olmasından xəbər verir.

Qeyd edək ki, serialın ilk bölümü sentyabrın 11-də yayımlanacaq.

Sadiq Cavadov

www.yenicag.az

354
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv