!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Hansı məhsullara görə Rusiyadan asılıyıqsa, onların alternativ satıcılarını tapmalıyıq" - AKTUAL

!Reklam – Yazi

“Rusiya əvvəllər yaxşı tərəfdaş deyildi. İndi isə daha pis tərəfdaşdır”.

Bu sözləri Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar, buna cavab olaraq Rusiyanın bəzi məhsulların satışına qadağa qoyması, Dünya Bankının enerji daşıyıcılarının və ərzaq məhsullarının qiymətinin artacağı ilə bağlı xəbərdarlığını şərh edən iqtisadçı-ekspert Nazim Bəydəmirli Yenicag.az-a açıqlamasında deyib.

Nazim Bəydəmirli bildirib ki, müharibələr ilk növbədə sadə vətəndaşların həyatına təsir edir:

“Rusiya taxıl məhsulları, metal, neft-neft məhsulları, qaz və digər məhsullar üçün xammal ölkəsi kimi qiymətləndirilir. Əsas da Qara dəniz hövzəsi ölkələrindən cənub istiqamətinə Yaxın Şərq, Afrika ölkələrinə taxıl ixrac edir. Son bir həftə ərzində Misir, Türkiyə və İrana 200 min ton ərzaq buğdası ixrac edib. Qara dəniz hövzəsində hərbi döyüşlərin bir teatrı var. Burada logistik problemlər ortaya çıxır.

ABŞ Prezidenti Bayden Rusiyadan neft almağı dayandırdıqları ilə bağlı çıxışında xalqına müraciət edəndə bildirdi ki, vətəndaş olaraq, xalq olaraq bunun əziyyətini çəkə bilərik, anlayışla qarşılamalıyıq, bunu etməsək, daha böyük fəlakətlər astanasında ola bilərdik. Burada söhbət dünya sivilizasiyasının məhvindən gedir. Rusiya rəhbərliyi nüvə silahlarını hazır vəziyyətə gətirib. Bu silahdan istifadə etməklə bağlı açıqlamalar belə olub.

Hesab etmirəm ki, dünya Rusiya məhsullarından asılıdır. Düzdür, bəzi ölkələr, xüsusən öz iqtisadiyyatını normal vəziyyətə gətirməyən dövlətlər, Rusiyaya borclanan ölkələr üçün çox çətin olacaq. Rusiya uzun illərdir Türkmənistan qazını 100 dollara alıb, 400 dollara satırdı. Avropaya satılan qazın qiymətini süni şəkildə qaldırırdı. Rusiya satdığı məhsullardan belə silah kimi istifadə edirdi.

Azərbaycan Rusiyadan uzaq dursa, bir o qədər az problemlə üzləşər. Müharibə Azərbaycanı ayıltmalıdır ki, Rusiya ilə iqtisadi əlaqələrimizi öz axarına buraxmamaq lazımdır. Alternativ bazarlar tapmaq lazımdır. Hansı məhsullara görə Rusiyadan asılıyıqsa, onların alternativ satıcılarını tapmalıyıq”.

Səxavət Məmməd

www.yenicag.az

709
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv