!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hansı taksilərə taksometrlər quraşdırılacaq? - VİDEO

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) açıqlamasında bildirilib ki, Azərbaycanda taksi sifarişi operatorları ilə işləyən taksi minik avtomobillərinə taksometrin quraşdırılmasına ehtiyac yoxdur.

Qurum əlavə edib ki, taksi sifarişi operatorlarının proqram təminatı taksometr funksiyasını yerinə yetirir və gedişhaqqı proqram təminatı ilə hesablanır.

Qeyd edək ki, sözügedən açıqlama sosial şəbəkələrin Azərbaycan seqmentində müzakirələr səbəb olub. Sosial şəbəkə istifadəçilərinin bir çoxu Azərbaycandakı taksi sürücülərinin xarici taksi sifarişi operatorları ilə çalışdığını söyləyərək, AYNA-nın açıqlamasını absurd adlandırıblar.

Yenicag.az-la söhbətində nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, qərardan belə məlum olur ki, taksometrlər taksi şirkətləri ilə çalışmayan, müstəqil və fərdi qaydada vergisini ödəyən taksi fəaliyyəti ilə məşğul olan vətəndaşlara şamil edilib.

Ətraflı videonu təqdim edirik:

Rafi Müslümov

www.yenicag.az

261
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv