!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hansı tarixdən marşrutlarda ödənişlər bank kartları ilə olacaq - AÇIQLAMA/YENİLƏNDİ

!Reklam – Yazi

“İctimai nəqliyyatda gediş haqqının bank kartları ilə ödənilməsi üçün sistem sınaqdan keçiriləcək”. 

Yenicag.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bu gün keçirilən Azərbaycanda Mobilliyin Transformasiyası proqramının təqdimatında çıxışı zamanı deyib.

O bildirib ki, ictimai nəqliyyatda bütün növ ödəniş vasitələrindən istifadəyə imkan yaratmaq məqsədilə mövcud nağdsız ödəniş sistemi üzərində təkmilləşdirmə işləri aparılır:

“Sistem yeniləndikdən sonra təmassız texnologiyanı dəstəkləyən, bütün bank kartları və mobil cihazlardan ödəniş etmək mümkün olacaq”.

Nazir müavini bildirib ki, 2024-cü ilin yanvar ayından bir neçə marşrutda ödənişlərin bank kartları ilə edilməsi sınaqdan keçiriləcək:

“Sınaqlardan sonra 2024-cü ilin ilk rübünün sonunda ödəniş sisteminin ilkin tətbiqinə başlanılması nəzərdə tutulur”./Oxu.Az

***

11:26

Azərbaycanın ictimai nəqliyyatda bütün növ ödəniş vasitələrindən istifadəyə imkan yaratmaq məqsədilə mövcud nağdsız ödəniş sistemi üzərində təkmilləşdirmə işləri aparılır.

Yenicag.az xəbər verir ki, bunu “Azərbaycanda mobilliyin transfirmasiyası proqramı”nın təqdimatında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.

Onun sözlərinə görə, sistem yeniləndikdən sonra təmassız texnologiyanı dəstəkləyən, bütün bank kartları və mobil cihazlar vasitəsilə ödəniş etmək mümkün olacaq: “Gələn aydan bir neçə marşrutda ödənişin bank kartı ilə edilməsi sınaqdan keçiriləcək. Sınaqlardan sonra gələn ilin ilk rübünün sonunda yeni ödəniş sisteminin ilkin tətbiqinə başlanılması nəzərdə tutulur”.

www.yenicag.az

332
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv