!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Haqsızlığa uğrayan vətəndaş Kamran Əliyevə müraciət etdi: "Prokurorluq qanunu nümayişkəranə şəkildə pozur"

!Reklam – Yazi

Bakı şəhəri Yasamal rayon sakini Yusifov Elnur Eldar oğlu Qusar Rayon Prokurorluğunun əməkdaşları tərəfindən haqsızlığa uğradığını idda edir.

Yenicag.az xəbər verir ki, vətəndaş sözügedən prokurluqda haqqında cinayət işi olduğunu, lakin qurumun işlə tanış olmada süni əngəllər yaratdığını bildirir.

Məsələ ilə bağlı Yusifov Elnur Eldar oğlu Baş prokurora müraciət ünvanlayıb. Həmin müraciəti təqdim edirik:

“Cənab Baş Prokuror!

Yazıb diqqətinizə çatdırmaq istəyirəm ki, Qusar Rayon Prokurorluğunda barəmdə cinayət işi vardır.
Cinayət işində mənim əleyhimə yalnız bir nəfərin birbaşa ifadəsi vardır ki, öyrədilmiş şəxs tərəfindən verilən bu ifadə özü-özlüyündə şər-böhtandan ibarətdir. Bundan əlavə, 100 nəfərə yaxın adamın hamısının ifadəsi təxminən hərf səhvinə qədər, yalnız ad-soyadlar və məbləğlər dəyişdirilməklə, tamamilə eynidir, şablondur, fakta deyil, ehtimala əsaslanır.

İfadələrin mənim əleyhimə aid hissəsi isə ümumi formada “eşitmişəm, ehtimal edirəm, sən demə, yəqin ki…” sozləri ilə başlayır. Bir sözlə, yalnız dolayı sübutlardan, ehtimallardan ibarət 12 maddəlik bir ittihamla təqsirləndirilirəm.

İş 27 cilddən ibarətdir və 2 gün ərzində (20-21 fevral 2024) vəkilimin iştirakı ilə ümumilikdə 1453 səhifədən ibarət 5 cild tam, 6-cı cilddən 142 vərəq olmaqla, materiallarla tanış olmuşuq. Hazırda prokurorluq istintaq müddətinin az olması və guya süni vaxt uzatma bəhanəsilə bizim tanış olma prosesimizi, bununla da müdafiə hüququmuzu məhdudlaşdırmışdır.

Əgər insan 2 günə fiziki cəhətdən 1453 vərəqə oxuyubsa, onda burada hansı süni vaxt uzatmadan söhbət gedə bilər?!

Nəzərinizə çatdırım ki, 22.02.2024-cü il tarixdə cənab Prezidentin köməkçisinin qəbulunda olmuşam, 23.02.2024-cü il tarixdə isə vəkilimin xəstəliyi ilə əlaqədar tanış olmada iştirak etməmişik. Bununla bağlı Qusar Rayon Prokurorluğuna rəsmi məlumat da göndərmişik. Növbəti 2 gün istirahət günü olmuş, 26.02.2024-cü il tarixdə isə prokurorluğa gedərək tanış olmanı davam etdirmək istədiyimi bildirmiş, müstəntiq isə bizim, özlərinin tərtib etdiyi absurd qrafiklə gündəlik 3000 vərəqə yaxın iş materialı ilə tanış olmalı olduğumuzu, bunu etmədiyimiz üçün artıq tanış ola və vəsatət verə bilməyəcəyimizi bildirib, prosesin başa çatdığını qeyd etmişdir.

Cənab Baş prokuror !

Ölkə Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin və Sizin qanunçuluğu təmin etmə öhdəliyi qoyduğunuz ərazi prokurorluğu CPM-ni bu həddə – nümayişkəranə şəkildə pozursa, bizə müdafiə hüququ tanımırsa, bunun nə anlama gəldiyi göz qabağındadır.

Bu dərəcədə qanunsuzluğa getməyin mənbəyində hansı qərəzin dayandığı mənə çox qaranlıqdır.

Cənab Baş Prokuror!

Sizdən məsələyə qanuni müdaxilə etməyinizi, bu hüquqsuzluğun qarşısının alınmasına dair səlahiyyət imkanlarınız daxilində qəti ölçü götürməyinizi və vətəndaş olaraq bizim hüququmuzun pozulmasına imkan verməməyinizi xahiş edirəm.

Xahiş edirəm, işin istintaqının davam etdirilməsini prokurorluğun digər qurumuna həvalə edərək şəxsi nəzarətinizə götürəsiniz.

Ümidim sizədir.

İnanıram ki, ölkəmizdə vətəndəş hüquqlarının qorunmasına dair konsepsiyanı əsas tutaraq məsələyə ədalətli mövqedən yanaşacaq, pozulmuş hüququmuzun bərpası istiqamətində alicənab addım atacaq və bu mənada, istintaq işinin qanuna uyğun qaydada aparılması işini öz nəzarətinə götürəcəksiniz.

Qabaqcadan Sizə dərin təşəkkürümü bildirirəm.”

www.yenicag.az

173
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv