!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yeni evlənən şahzadə və xanımının yaşadığı ev hamını şoka saldı - FOTOLAR

!Reklam – Yazi

Həftə sonu təntənəli şəkildə nikaha girən şahzadə Harri və Meqan Marklın yaşadığı evin fotoları yayılıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın kral ailəsində baş tutan toy bütün dünyanın diqqətini çəkmişdi. Hazırda da cütlüyün atdığı hər addım maraqla qarşılanır. Cütlüyün Kensinqton sarayının ərazində yerləşən “Nottigham Cottage” binada yaşadıqları məlum olub. Şahzadə Harrinin 2013 ildən bəri qaldığı ev kral ailəsi üçün olduqca kiçik hesab olunur. Evin iki yataq otağı, 2 salon, 2 hamamı və balaca bir bağçası var. Bura həm də şahzadə Vilyamın evliliyinin ilk illərində yaşadığı evdir.

Harri-Meqan cütlüyü isə bir ildən az müddətdə bu evdə qalacaq. Daha sonra onlar sarayın tərkibində olan “Apartment 1” adlı başqa bir mülkə köçəcəklər. Bu ev isə digərindən olduqca böyükdür. Belə ki, “Apartment 1″in 21 yataq otağı var.

Həmçinin, kraliça II Elizabet də onlara toy hədiyyəsi kimi böyük bir mülk bağışlayıb.

www.yenicag.az

7280
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv