!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Harvard Universitetinin məzununa Administrasiyada yüksək VƏZİFƏ VERİLDİ

!Reklam – Yazi

Harvard Universitetinin hüquq fakültəsinin məzunu Araz Poladov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri vəzifəsinə təyin edilib.

Yenicag.az xəbər verir ki, Araz Poladov 2016-cı ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr pilləsini, 2017-ci ildə Vyana Universitetində Avropa və beynəlxalq biznes hüququ üzrə, 2019—2020-ci illərdə isə Harvard Universitetində hüquq üzrə magistr pilləsini (LLM) bitirib.

Araz Poladov əmək fəaliyyətinə 2017-ci ildə Bakı Dövlət Universitetində müəllim kimi başlayıb, eyni zamanda, “Baker McKenzie CIS Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialında təcrübəçi hüquqşünas kimi fəaliyyət göstərib, 2018–2019-cu illərdə “AZİP Hüquq Firması” MMC-də hüquqşünas, 2020–2021-ci illərdə isə idarəedici hüquqşünas kimi fəaliyyətini davam etdirib. O, 2021-2023-cü illərdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı Londonda “Shearman and Sterling” hüquq şirkətində hüquqşünas vəzifəsində çalışıb.

Araz Poladov 2022-ci ildən hüquq üzrə fəlsəfə doktorudur.

www.yenicag.az

171
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv