!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hatayın tələfat və dağıntı olmayan yeganə rayonu

!Reklam – Yazi

Türkiyədə baş verən dəhşətli zəlzələdə Hatayın Ərzin rayonunda bircə bina belə dağılmayıb.

Yenicag.az xəbər verir ki, bölgənin CHP-li bələdiyyə başçısı Ökkeş Elmasoğlunun sözlərinə görə, İskenderun, Hatay və Osmaniyedə yaşayan 50-60 ərzinli həyatını itirib. Ancaq Ərzinin özündə belə hal qeydə alınmayıb.

“İndiyədək heç bir şəkildə qeyri-qanuni tikintiyə icazə verməmişəm”, – deyə Elmasoğlu bildirib.

Qeyd edilib ki, 42 min əhalisi olan Ərzin Hataydan 110 kilometr, Osmaniyedən 20 kilometr uzaqlıqda yerləşir.

www.yenicag.az

310
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv