!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hava ilə bağlı XƏBƏRDARLIQ! Qar, yağış davam edəcək...

!Reklam – Yazi

Azərbaycanın rayonlarında martın 25-i günün birinci yarısında, 26-si günün ikinci yarısında qərb rayonlarından başlayaraq 27-si səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir.

Yenicag.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi-aran, Dağlıq Şirvan, Quba-Qusar, Lənkəran-Astara bölgələrində yağıntıların leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyinin 15-20 m/s, 26-gündüzdən 27-si səhərədək arabir 23-28 m/s, ayrı-ayrı yerlərdə 30-35 m/s-dək güclənəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

www.yenicag.az

160
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv