Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Hava limanından 750 kiloqram qızıl oğurlandı - Təfərrüat

Ötən gün Braziliyanın San Paulu şəhərindəki beynəlxalq 750 kiloqram qızıl oğurlanıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, qızılın dəyəri 30 milyon ABŞ dolları dəyərində qiymətləndirilib. Oğurluğun təfərrüatı açıqlanıb.

Belə ki, hüquq-mühafizə orqanlarının formasını geyinən cinayətkarlar hava limanına polis avtomobilinə bənzəyən iki maşınla gəliblər.

Cinayətkarlar yük terminalına girdikdən sonra Brinks şirkətinə məxsus ikasator furqonunu qarət edərək qaçıblar.

www.yenicag.az

2361