!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hava məkanının MÜDAFİƏSİ: Rumıniya “Şahed”lərdən necə qorunacaq?

!Reklam – Yazi

Rumıniya öz hava sərhədlərinin mühafizəsini gücləndirmək üçün hərəkətə keçib.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, rəsmi Buxaresti buna sövq edən əsas səbəb Rusiyanın Ukraynaya qarşı yararlandığı İran istehsalı olan “Şahed” PUA-larının qalıqlarının Rumıniya ərazisinə düşməsidir.

Bu barədə məlumatı ictimaiyyətə Rumıniya Müdafiə Nazirliyinin sözçüsü Konstantin Spinu açıqlayıb:

“Nazirliyin istintaq qrupu ölkə ərazisində PUA-lara məxsus olduğu düşünülən fraqmentlər aşkarlayıb. Hazırda həmin fraqmentlərin laborator tədqiqatı aparılır. Onların mənşəyini dəqiqləşdirib məlumat verəcəyik”.

Qeyd olunur ki, Rumıniyanın müdafiə naziri Anjel Tılvar və Baş Qərargahın rəisi də fraqmentlərin tapıldığı əraziyə baş çəkiblər.

www.yenicag.az

254
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv