Hava qeyri-sabit keçəcək – XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında martın 2-də hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.