Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Hava şəraiti ilə bağlı yollardakı vəziyyət açıqlandı - SİYAHI

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hava şəraiti ilə əlaqədar avtomobil yollarının vəziyyəti haqqında məlumat yayıb.

Yenicag.az həmin məlumatı təqdim edir:

1 Bakı – Quba – Rusiya Federasiyası ilə dövlət sərhədi

Yağıntı yoxdur, Quba və Qusar rayonları ərazisində 7-8 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilmiş və hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

2 Giləzi – Xızı

Yağıntı yoxdur, 4-5 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yola qum-duz səpilir, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

3 Bakı – Qobustan

Yağıntı yoxdur, 5-6 dərəcə şaxta var. Yolun 90-105 km hissəsində səhərsaatlarından başlayaraq yola qum-duz səpilir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

4 Qobustan – Şamaxı – Muğanlı

Yağıntı yoxdur, 4-5 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yola qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

5 Muğanlı – Ağsu – Yevlax

Yağıntı yoxdur, Muğanlı ərazisində 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

6 Bakı – Ələt – Hacıqabul

Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

7 Hacıqabul – Ucar – Yevlax

Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

8 Yevlax – Gəncə – Qazax -Gürcüstan Respublikası ilə dövlət sərhədi

Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

9 Muğanlı – İsmayıllı

Yağıntı yoxdur, İsmayıllı rayonu ərazisində 7-8 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə, əsasəndə yolun meşə zolağından keçən hissəsinə qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

10 İsmayıllı – Qəbələ – Oğuz – Şəki

Yağıntı yoxdur, Qəbələ rayonu ərazisində 1-2 dərəcə şaxta və duman var. Duman olan hissədə görünmə məsafəsi 30-35 metr təşkil edir. Səhər saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə, körpülərə qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

11 Şəki – Qax – Zaqatala – Gürcüstan Respublikası ilə dövlət sərhəd

Yağıntı yoxdur, Qax rayonu ərazisində 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə qum-duz səpilmiş, hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

12 Yevlax – Şəki (Göybulaq)

Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

13 Gəncə-Daşkəsən-Xoşbulaq

Yağıntı yoxdur, Daşkəsən rayonu ərazisinə 12-13 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə qum-duz səpilmiş, hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

14 Şəmkir – Gədəbəy

Yağıntı yoxdur, Gədəbəy rayonu ərazisinə 14-15 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə qum-duz səpilmiş, hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

15 Ələt – Astara – İran İslam Resp. ilə dövlət sərhədi

Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

16 Masallı – Yardımlı

Yağıntı yoxdur, Yardımlı rayonu ərazisində 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə qum duz səpilir, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

17 Lənkəran – Lerik

Yağıntı yoxdur, Lerik rayonu ərazisində 1-2 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə qum duz səpilir, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

18 Hacıqabul – Bəhramtəpə – Horadiz

Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Loading...

www.yenicag.az

108