!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hava şəraiti nə vaxt mülayimləşəcək?

!Reklam – Yazi

hava_dumanli (1)Azərbaycan ərazisində kəskin hava şəraiti bu gün də davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın verdiyi məlumata görə, bu gün yağıntıların bəzi yerlərdə intensivləşəcəyi ehtimal olunur.

Lakin sabah, yanvarın 3-də gündüz saatlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi proqnozlaşdırılır. Yanvarın 3-də gündüz saatlarından əksər bölgələrdə əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq.

Paytaxtda isə bu gün yağıntılı hava şəraiti müşahidə olunmaqda, sulu qar və qar yağmaqdadır, güclü şimal-qərb küləyi əsəcək. Sabah isə güclü şimal-qərb küləyi gündüz saatlarından tədricən mülayimləşəcək.

Yanvarın 3-dən gündüz saatlarından Bakı və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Paytaxtda havanın temperaturu gecə saatlarında 0-3 dərəcə şaxta, gündüz 4 dərəcəyə qədər isti olacaq.

www.yenicag.az

514
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv