!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hava şəraitinin məhsul bazarına TƏSİRİ: Qiymət artımı GÖZLƏNİLİRMİ? – İqtisadçı ŞƏRHİ

!Reklam – Yazi

“Hansı meyvələrin qiymətində artım olub-olmayacağınə meyvə yığımı zamanı daha dəqiq biləcəyik”.

Bu fikirləri son günlər bölgələrə yağan intensiv yağış, leysan, dolunun kənd təsərrüfatı məhsullarının qiymətinə təsirini şərh edərkən iqtisadçı ekspert Xalid Kərimli Yenicag.az-a açıqlamasında deyib.

Ekspert qabaqcadan proqnoz verməyin hələ tez olduğunu vurğulasa da, qiymət artımının olacağını istisna etməyib:

“Yağan leysanın bazardakı qiymətlərə təsir dərəcəsi hələ tam məlum deyil. Çünki hava şəraitinin bazara çıxarılacaq meyvə-tərəvəzin neçə faizinə zərər vurduğu barədə hələ dəqiq məlumat yoxdur. Təbii ki, yağan yağış, leysan və dolu meyvə ağaclarının çiçəklərini məhv edir. Bu, həm təsərrüfat sahibinə ciddi ziyan vurur, eyni zamanda məhsuldarlığın aşağı olması səbəbindən bazara çıxarılan məhsulların da qiymətinə ciddi təsir göstərir. Hansı meyvələrin qiymətində artım olacaq, yaxud da olmayacağını meyvə yığımı zamanı daha dəqiq biləcəyik”.

Sadiq Cavadov

www.yenicag.az

447
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv