!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hava səyyahları üçün gözlənilməz TENDENSİYA: “Aviabiletlərin qiymətində ucuzlaşma...”

!Reklam – Yazi

“Həm uçuş sayının artması, həm də ucuz hava daşıyıcılarının dövriyyədə olması qiymətlərin endirilməsinə təsir edir”.

Bu fikirləri son zamanlar Türkiyə və yaxın coğrafiyadakı ölkələrə aviabiletlərin qiymətlərində müşahidə edilən ucuzlaşmanın səbəbləri haqda danışan turizm üzrə ekspert Ceyhun Aşurov Yenicag.az-a açıqlamasında deyib.

 

Onun sözlərinə görə, aviabiletlərin qiymətlərində ucuzlaşma mövsumi xarakter daşıyır:

“Aviabiletlərin qiymətlərində ucuzlaşma daha çox Türkiyə istiqamətində, konkret desək, İstanbula olan uçuşlarda müşahidə edilir. Hər il Həm AZAL-ın, həm də “Türk Hava Yolları”nın qiymətlərinində mart ayına qədər alınan biletlərdə ucuzlaşma olur. Bu, qeyri-mövsumi dövrlərdə Türkiyəyə olan uçuşların sayının azalmamamsı üçün edilən bir təşviqdir.

Həmçinin Türkiyədə ölkə turizmini dəstəkləmək üçün müxtəlif tədbirlər, şopinq festivalları keçirilir. Aviaşirkətlər müəyyən endirim kampaniyaları təşkil etməklə, sərnişin sayının sabit qalmasına çalışırlar. Bununla yanaşı, Azərbaycan bazarında da ucuz hava daşıyıcıları mövcuddur və bu amil aviabiletlərin ucuzlaşmasına təsir göstərir. Nəticədə Birləşmiş Ərəb Əmirlikləri və digər Körfəz ölkələrinə də uçuşların sayı artırılıb”.

Nuray Məmmədzadə

www.yenicag.az

212
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv