!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Havada artan tozun miqdarı ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNDİ

!Reklam – Yazi

Saat 13:00-a olan məlumatına əsasən, Bakı və Abşeron yarımadasında tozun konsentrasiyasında səhər saatlarına nisbətdə azalma müşahidə olunur. Hazırda havada tozun miqdarı normadan 1,5-1,8 dəfə artıqdır.

Yenicag.az xəbər verir ki, bu barədə Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva məlumat verib.

O bildirib ki, tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq   gün ərzində davam edəcəyi gözlənilir.

Mütəxəssis müşahidə olunan tozlu hava şəraitinin səbəbləri və təsiri barədə də məlumat verib:

“Peyk görüntülərinə və proqnoz modellərinə əsasən tozlu hava şəraitinə səbəb cənub-şərq istiqamətli hava axınları vasitəsilə gecə saatlarından başlayaraq toz hissəciklərinin Türkmənistan ərazisindən Bakı və Abşeron yarımadasına daxil olmasıdır”.

R.Allahverdiyeva qeyd edib ki, tozlu hava şəraiti tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən  insanlara mənfi təsir göstərə və yollarda görünüş məsafəsinin məhdudlaşmasına səbəb ola bilər:

“Bunları nəzərə alaraq əhalinin tozlu hava şəraitində maskadan istifadə etməsi və sürücülərin yollarda ehtiyatlı olması tövsiyə edilir”.

***

10:20

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Bu barədə Yenicag.az-a Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib.

Onun sözlərinə görə, havada tozun miqdarı 1,7-2 dəfə normadan artıqdır:
“Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq transsərhəd xarakter daşıyır və gün ərzində davam edəcəyi gözlənilir”.

www.yenicag.az

132
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv