!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Havanı çirkləndirən zavod cərimələndi - Azərbaycanda

!Reklam – Yazi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Bakı-Salyan avtomobil magistral yolunun kənarında fəaliyyət göstərən kərpic zavodundan havaya qara tüstü atılması ilə bağlı şikayət daxil olub.

Nazirliyin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, qurumun əməkdaşları tərəfindən sözügedən ərazidə fəaliyyət göstərən kərpic istehsalı zavodunun ətraf ərazilərində araşdırma və monitorinq aparılıb.

Zavodun ətraf ərazisinin atmosfer havasından nümunələr götürülərək analizlər aparılıb. Analizlərin nəticələrinə görə qaz birləşmələrindən toluol 1.4, etil-benzol 4.8, meta-ksilol 1.3, his 3, tozun miqdarının isə 4.2 dəfə sanitar normadan artıq olduğu müəyyən edilib.

Faktla bağlı zavodun iş icraçısı Rizvan Müslümov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə olunub.

www.yenicag.az

7076
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv