!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Havanın çirklənməsinin insan ağciyərləri üçün DƏHŞƏTLİ NƏTİCƏLƏRİ... - ARAŞDIRMA

!Reklam – Yazi

Aparılan yeni bir araşdırma havanın çirklənməsinin ağciyər xəstəliklərinin inkişafını sürətləndirdiyini müəyyən edib.

Yenicag.az Böyük Britaniyada 250 000-dən çox insan üzərində aparılan araşdırmanı oxuculara təqdim edir.

İnsanların yaşadığı ərazilərdə havanın əhəmiyyətli dərəcədə çirklənməsi ağciyər xəstəliyinə tutulma ehtimalının artmasına, çoxsaylı xəstəliklərin və ölüm ehtimalının artmasına səbəb olur.
Havanın çirklənməsi ilə bağlı mövcud hüquqi tənzimləmələr kifayət deyil. Müasir standartlara uyğun olsa belə, havanın çirklənməsini daha da azaltmaqla sağlamlığımız yaxşılaşdırmaq mümkündür.

266.000-dən çox orta yaşlı insanların sağlamlıq vəziyyəti orta hesabla 12 il ərzində izlənilib. Bu vətəndaşların hamısı Britaniya Biobank layihəsində iştirak edən İngiltərə, Uels və Şotlandiyadan olan könüllülər olub.

Bu günə qədər əksər tədqiqatlar havanın çirklənməsi ilə astmanın ilk diaqnozu, xəstəxanaya yerləşdirmə və ya ölüm kimi spesifik sağlamlıq nəticələri arasındakı əlaqəni araşdırıb. Yeni araşdırmada tədqiqatçılar xəstəliyin yaranmasından tutmuş uzunmüddətli patologiyaların mövcudluğuna və erkən ölümə qədər ağciyərlərin vəziyyətini izləyiblər.

Tədqiqatın sonunda 13 863 nəfərdə astma, ağciyər xərçənginin və ya xroniki obstruktiv ağciyər xəstəliklərinin inkişaf etdiyi, 1 055 nəfərdə isə bir çox xəstəliklərin yarandığı müşahidə edilib.
Xroniki problemi artan insanların 14 faizi, bir çox ağciyər xəstəlikləri artan insanların isə 31 faizi tədqiqatlardan sonra ölüb.

Tədqiqat həmçinin həyat tərzi, o cümlədən siqaret çəkmə, piylənmə, məşğuliyyət və gəlir haqqında məlumatlar toplayıb.

Nəsimi Ələsgərli

www.yenicag.az

349
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv