!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Havanın kəskin dəyişməsinin səbəbi və fəsadları: Sağlamlığımıza nə cür təsir göstərə bilər? - AÇIQLAMA

!Reklam – Yazi

Son 2 gündür ki, ölkəmizdə hava şəraiti kəskin şəkildə dəyişib. Şiddətli əsən külək bəzi yerlərdə ağacların qırılıb düşməsinə və 3 nəfərin xəsarət almasına səbəb olub. Xalq adət-ənənəsinə görə 29 yanvardan 18 fevrala qədər olan müddət “kiçik çillə” sayılır, bu aralıqda keçən günlər çox küləkli və soyuq olur. “Çillə”lərlə bağlı bir çox əfsanələr dildən-dilə keçərək bu günümüzə kimi gəlib çatıb.

Son 2 gündə havanın bu qədər küləkli olmasının, çovğunun səbəbi nədir? Bu cür hava şəraiti təbiətə zərər vura bilər?

Yenicag.az-a açıqlama verən Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, küləkli hava şəraiti fevralın 10-na kimi davam edəcək:

“Şimaldan daxil olan hava kütləsinin nəticəsində şiddətli külək və şaxta müşahidə olunub. Kəskin hava şəraiti sabaha qədər davam edəcək, sonrakı günlərdə qismən düzələcək”.

Ekoloq İslam Mustafayevin fikirlərinə görə isə belə küləyin səbəbi “kiçik çillə”dir və təbiətə yalnız cüzi ziyan verə bilər:

“Qış vaxtı belə havanın olması çox normaldır. Mən inanmıram ki, bu cür külək təbiətə və yaxud da insanlara böyük zərər versin. Aydın məsələdir ki, özümüzü, mülklərimizi, heyvanları qorumalıyıq. Lakin burada təşvişə düşəcək bir hava şəraiti yoxdur. Hətta suyun donması halı belə müşahidə edilməyib. Yüksək mənfi fəsadlar gözlənilmir. Dədə-babadan görmüşük ki, fevral ayında çox soyuq olar”.

Bəs, havanın iki gün ərzindəki dəyişimi insanların sağlamlığına təsir göstərə bilər? Hər-hansısa xəstəliyin yaranma ehtimalı var?

Bu suallara cavab verən terapevt Arzu Hüseynova bildirib ki, bu cür şaxtalı havanın insanların sağlamlığına təsir etməməsi mümkün deyil:

“Belə şiddətli külək qan-damar sisteminə, təzyiq problemi olan insanlara, xroniki xəstələrə və sair təsir edir. Hətta meteoroloji-həssas insanların orqanizması havanın dəyişməsinə dərhal reaksiya verir. Bəzi insanlar isə son həftələrdə sürətlə yayılan qripə yenidən yoluxa bilərlər. Hava dəyişkənliyi hər kəsə fərqli təsir göstərir. Havanın temperaturu dəyişəndə atmosfer təzyiqində də dəyişiklik olur. Ona görə də istər-istəməz hər bir insanın orqanizması fərqli reaksiya verir”.

www.yenicag.az

495
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv