!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hazır olun, möhtəşəm “Dəniz Karnavalı” gəlir! - FOTOLAR

!Reklam – Yazi

Müxtəlif ticarət mərkəzləri portfelini özündə birləşdirən PAŞA Malls “Dəniz Karnavalı”nın başlamasını böyük məmnuniyyətlə elan edir!
Yenicag.az xəbər verir ki, karnaval 15 iyul, 19:00 tarixində Bakı Bulvarındakı Saat Qülləsindən start götürəcək və Dəniz Mall-a doğru irəliləyəcəkdir. 20:00-dan etibarən sevilən ifaçı HİSS öz ifaları ilə səhnəni bəzəyəcək. Möhtəşəm karnaval şənliyi bol əyləncə, endirimlər, xüsusi konsert proqramı davam edəcəkdir.

Karnavala təkcə sənətçilər və müğənnilər deyil, Dəniz Mall ticarət mərkəzindəki bir çox mağazalar da hazırlaşır. Onlar sizə ən dəbli məhsullarda unikal endirimlər təklif edəcəklər. Bu, qarderobunuzu yeniləmək, özünüzə və yaxınlarınıza gözəl hədiyyələr əldə etmək üçün əla şansdır. Bütün karnaval əyləncə və sevinc atmosferində olacaqdır. Siz karnaval iştirakçılarının parlaq geyimlərindən, şən rəqslərindən və bayram musiqisindən həzz ala bilərsiniz.

Dəniz Mall-da möhtəşəm karnaval paradına gəlmək və onun bütün sevinc və əyləncə ab-havasını hiss etmək fürsətini qaçırmayın.

Karnavalda iştirak ödənişsizdir.

 

www.yenicag.az

773
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv