Hazırda Azərbaycanda olan əcnəbilərin SAYI

“Hazırda Azərbaycanda 134 298 nəfər əcnəbi yaşayır”.

Yenicag.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov pandemiya dövründə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti və ölkəmizdə olan əcnəbilərə göstərilən xidmətlərlə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, əcnəbilər daha çox Rusiya, Gürcüstan, İran və digər ölkələrin vətəndaşlarıdır.