Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Hazırda dünyanı silkələyən bir proses gedir, vəziyyəti ciddiyə almalıyıq” – Zəlimxan Məmmədli

“Biz stomatoloqlar xəstələrin ağız boşluğu ilə kontaktda oluruq, həkim çox ani bir səhvlə özünü yoluxdura bilər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkədə koronavirus əleyhinə görülən tədbirləri və əhalinin bu təhlükəyə yanaşmasını dəyərləndirən “Borçalı” cəmiyyətinin sədri, həkim-stomatoloq Zəlimxan Məmmədli deyib.

Zəlimxan Məmmədli bildirib ki, həyata keçirilən tədbirləri doğru sayır, ancaq natamam olduğunu düşünür:

“Həyata keçirilən tədbirləri doğru sayıram. Ancaq hələlik natamamlıq var. Tibb işçiləri arasında da yoluxma halları qeydə alınıb. Şəxsən mən iki həkim tanıyıram, onlar yoluxublar. Stomatologiya yoluxma riskinin yüksək olduğu sahələrindəndir.

Gün ərzində 10-dan çox xəstə qəbul edirik. O xəstələrdən biri daşıyıcı, digəri xəstə ola bilər. Açığı, bu gün özümdə bir hal yaşandı, xəstənin burnu axır, deyir, heç nə yoxdur. Qəbul etmədim onu.

Biz stomatoloqlar xəstələrin ağız boşluğu ilə kontaktda oluruq, həkim çox ani bir səhvlə özünü yoluxdura bilər. Bu səbəbdən də, qərar vermişəm ki, işə getməyəcəm, yalnız ekstremal hallarda evdən çıxacam”.

Məmmədli hesab edir ki, Operativ Qərargahın stomatoloji xidmətlə bağlı xüsusi qərarına ehtiyac var:

“Təkrar edirəm, stomatologiyada yoluxma riski yüksəkdir. Biz özümüz profilaktik tədbirlərimizi görürük. Baxıllar, əlcəklər, maskalar almışam, onları xəstələrə paylayıram.

Lakin məsələ bununla həll olunmur. Vəziyyətə ciddi yanaşmalıyıq. Obrazlı şəkildə həmişə deyirəm, ermənilər Qarabağı işğal edib, biz Bakıdan onları asıb-kəsirik ki, sizi məhv edəcəyik, ancaq bunu səngərdə etmək lazımdır.

Burada subyektiv mülahizələrə yer qalmır. Dünyanı silkələyən bir proses gedir. Bütün dünya bunu ciddiyə alır, bizim də başqa cür fikirləşmək imkanımız yoxdur. Konkret ölüm faktları var. Koronavirusu bir-iki günün içində yox etmək mümkün deyil. Onu sadəcə, ciddiyə alaraq, tədbirli olmaq lazımdır”.

Səxavət Məmməd

www.yenicag.az

384