!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Hazırda ən çətin vəziyyətdə Qərb yolunu seçmiş Ermənistandır", - Rusiyalı hərbi ekspert

!Reklam – Yazi

“Bakı və İrəvan bir vacib məsələdə razılaşa bilmir”.

Yenicag.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, Siyasi və Hərbi Təhlil İnstitutunun analitik şöbəsinin rəhbəri Aleksandr Xramçixin deyib.

“Hazırda İrəvanla Bakı arasında normal danışıqlar prosesi yoxdur. Çünki Azərbaycan və Ermənistan tərəfləri görüşdən imtina edirlər: birincisi Qərbdə, ikincisi Bişkekdə. Bu o deməkdir ki, hansısa mühüm məsələdə qarşılıqlı anlaşma yoxdur.

Qarabağ məsələsi həll olunandan sonra Azərbaycan üçün ən vacib məsələ yol və dəhliz məsələsi oldu. Müşahidə edə bildiyim və başa düşdüyüm qədər, bu, indiki mərhələdə tərəflərin mövqelərinə təsir edən ən həlledici məsələdir.

İran, Türkiyə və Rusiyanın verdiyi bəyanatlara, Fələstinə münasibətdə Qərbə necə baxdıqlarına, regionda Qərbə necə qarşı olduqlarına diqqət yetirin. Bu situasiyada ən çətin vəziyyətdə Qərb yolunu seçmiş Ermənistandır”, – Xramçixin bildirib.

Xuraman Etibarlı

www.yenicag.az

247
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv