!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Hazırda Rusiya-Ermənistan münasibətləri pəncərəsiz, qapısız malikanəyə bənzəyir" - Rusiyalı POLİTOLOQ

!Reklam – Yazi

“Rusiya ilə Ermənistan arasındakı münasibətlər indi pəncərəsiz, qapısız malikanəyə bənzəyir”.

Yenicag.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Artur Atayev erməni mediasına müsahibəsində deyib. O, Rusiya ilə Ermənistan arasında münasibətlərdəki gərginliyi şərh edib.

“Rusiya-Ermənistan münasibətlərinin möhkəm təməli var. İndi bu münasibətlərin pəncərəsiz-qapısız malikanə kimi meydana çıxması faktdır, siyasi münasibətlərdə soyuqluq olması da faktdır. Amma düşünürəm ki, bu, uzun sürməyəcək, çünki geosiyasət, coğrafiya kimi obyektiv amillər var. Ermənistan hələ coğrafi baxımdan Rusiyaya daha yaxındır.

Hesab edirəm ki, Ermənistanın indiki siyasi elitası Avropa İttifaqı və ABŞ-a qarşı daha yaxın münasibətdədir. Bu, Ermənistanın indiki siyasətidir. Onu da tezliklə düzəliş edərək tez tənzimləmək olar”, – ekspert qeyd edib.

Xuraman Etibarlı

www.yenicag.az

205
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv