!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həbs edilən icra başçısının MƏNZİLLƏRİ və AVTOMOBİLİ müsadirə olundu

!Reklam – Yazi

Məhkəmə Biləsuvarın sabiq icra başçısı Mahir Quliyevin əmlaklarının müsadirə olunması barədə qərar çıxarıb.

Yenicag.az-ın məlumatına görə, bu gün Sabunçu rayon Məhkəməsinin inzibati binasında Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Biləsuvar rayonunun sabiq icra başçısına hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxsə və onun ailə üzvlərinə aid olan əmlaklar müsadirə olunub.

Məhkəmə qərarı ilə üzərinə həbs qoyulmuş əmlakların siyahısı bunlardır.

1. Bakı şəhərində yerləşən, 2005-ci ildə alınmış mənzil;

2. “Audi” markalı avtomobil;

3. Bakı şəhərində yerləşən daha bir mənzil.

Bundan başqa “Dost” İş Mərkəzi tərəfindən qaldırılmış mülki iddia təmin olunub.

Qeyd edək ki, Mahir Quliyev məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum edilib.

www.yenicag.az

488
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv