!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həbs olunan jurnalistlər azad edilir? – Əfv Komissiyasının üzvündən mühüm AÇIQLAMA – VİDEO

!Reklam – Yazi

“Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının ilk iclası öz işinə başlayacaq. Əfv Məsələləri Komissiyasının iclaslarında gündəlik bir qayda olaraq məhkum olunmuş şəxslərin müraciətlərinə baxılması olur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

Komissiya üzvü sözügedən iclasda hansı məsələlərin müzakirə ediləcəyinə aydınlqı gətirib.

Xatırladaq ki, bu gün keçiriləcək iclasda komissiyaya daxil olacaq müraciətlər araşdırılacaq. Komissiyanın iclaslarının 28 May – Müstəqillik Günü ilə əlaqədar nəzərdə tutulan əfvlə bağlı keçirilməsi gözlənilir.

Bundan əlavə, həbs olunan bir sıra jurnalistlərin də Müstəqillik Günündə əfv edilməsi səslənən iddialar arasındadır.

Məsələyə münasibət bildirən Ə. Nuriyev söyləyib ki, əfv sərəncamına kimlərin daxil olub-olmayacağı ölkə başçısı tərəfindən müəyyən olunacaq.

Ətraflı videonu təqdim edirik:

 

Rafi Müslümov

www.yenicag.az

198
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv