!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həbsdə olan jurnalistlər Prezidentə müraciət etdi

!Reklam – Yazi

Həbsdə olan jurnalistlər İlqar Atabəyli və Sənan Həsənoğlu Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.

Bu barədə Yenicag.az-a jurnalistlərin yaxınları məlumat verib.

İlqar AtabəyliSənan Həsənoğlu müraciətlərində may ayında gözlənilən əfv sərəncamının onlara da şamil olunmasını xahiş ediblər.

“Cənab Prezident, artıq 3 ilə yaxındır ki, həbsdəyik. Ailəmizin yeganə qazanc gətirəni bizik. Bu müddət ərzində ailəmiz xeyli çətinliklər yaşayıb və yaşamaqdadır.

Cənab Prezident, Sizin humanist bir şəxs olduğunuz sirr deyil. Demək olar ki, hər il təqvimin əlamətdar günlərində əfv sərəncamı imzalayırsınız. Yüzləlrə insana, ailəyə sevinc bəxş edirsiniz.

Bu il də əfv sərəncamı imzalayacağınız barədə məlumatlar yayılıb. Biz də Sizin humanistliyinizə sığınıb, bu sərəncamdan yararlanmaq istəyirik. Ümid edirik və inanırıq ki, bu dəfə bizə və ailəmizə belə bir sevinc qismət olacaq”, – deyə həbsdə olan jurnalistlər qeyd ediblər.

Xatırladaq ki, Sənan Həsənoğlu vaxtilə AzTV-də və digər televiziya kanallarında Qarabağ bölgəsi üzrə müxbir vəzifəsində çalışıb və 2016-cı ilin “Aprel döyüşləri” zamanı bu şəxsin fəaliyyəti hərbi komandanlıq tərəfindən fədakar jurnalist kimi də qiymətləndirilib.
İlqar Atabəyli isə mətbuat sahəsində özünün istedadı, bacarığı, yüksək potensialı bilinən jurnalist olaraq tanınıb.

Ailənin yeganə qazanc gətirəni olan Sənan Həsənoğlu, 1-ci Qarabağ Müharibəsinin iştirakçısı olmaqla bərabər, həbs olunduğu vaxta qədər ağır cərrahi əməliyyat olunub və ürək nahiyəsinə 7 ədəd stend də qoyulub.

İlqar Atabəyli də oxşar qaydada ailənin yeganə qazanc gətirəni olub və onun himayəsində azyaşlı övladları var ki, onlardan biri ağır xəstədir.

www.yenicag.az

106
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv