!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həbsdə olan milli fəala qarşı daha iki ittiham irəli sürüldü

!Reklam – Yazi

Tehranın Evin həbsxanasında saxlanılan Güney azərbaycanlı milli-mədəni fəal Mahmud Ocaqlıya qarşı daha iki ittiham irəli sürülüb.

Yenicag.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumatda fəalın “Azərbaycan milli hərəkatı qruplaşmasına üzv olmaq”, “ölkədə iğtişaş və qırğın törətmək məqsədilə ictimai fikri təhrik etmək”də ittiham olunduğu bildirilir.

Mahmud Ocaqlu 11 dekabr 2022-ci ildə Tehran şəhərindəki iş yerində təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

Ana dili hərəkatının fəallarından olan M.Ocaqlu mədəni fəaliyyətinə görə 2014-cü ildə də həbs edilib.

www.yenicag.az

181
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv