!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həbsdəki jurnalistin xanımından prezidentə MÜRACİƏT: “Goranboyun rəhbər şəxsləri bundan nəticə çıxarmaqdansa...”

!Reklam – Yazi

20121-ci ilin avqustunda həbs olunmuş jurnalist Sənan Həsənoğlunun xanımı Nəzakət Seyidova dövlət başçısına müraciət edib.

Yenicag.az xəbər verir ki, Nəzakət Seyidova tərəfindən Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident və mediaya ünvanlanan müraciətdə həyat yoldaşına qarşı qanunsuzluqlara son qoyulması, eyni zamanda, onun işinin nəzarətə götürülməsi xahiş olunur:

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına,

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya,

KİV nümayəndələrinə

qeyri-qanuni həbs olunmuş araşdırmaçı-jurnalist Sənan Həsənoğlunun

həyat yoldaşı Nəzakət Seyidova tərəfindən

Müraciət

Hörmətli cənab Prezident!
Hörmətli Mehriban xanım!
Hörmətli KİV nümayəndələri!

Diqqətinizə çatdırıram ki, həyat yoldaşım Sənan Həsənoğlu (Abdullayev) 30 ilə yaxındır ki, jurnalist fəailiyyəti ilə məşğuldur və bunun 20 ilini ölkəmizin mərkəzi televiziyalarının (“Space” TV, AZTV ATV) Qarabağ bölgəsində cəbhə müxbiri vəzifəsini vicdanla yerinə yetirib. 2016 -cı ilin aprel döyüşləri zamanı hərbi komandanlıq tərəfindən fədakar jurnalist kimi mükafatlandırılıb. Ölkə rəhbəri cənab Prezident İlham Əliyevin çağırışı və himayəsi ilə 2021 -ci ilin əvvəllərindən respublikamızda baş verən ictimai-siyasi hadisələri işiqlandırmaq üçün, əsasən, tənqidçi media kimi tanınan “Xəbər kanalı” adlı internet televiziyası yaratdı. Elə həmin ilin avqust ayında Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin sifarişi ilə qeyri-qanuni olaraq həbs edilib. Həyat yoldaşım Sənan Həsənoğlu ağır ürək və şəkər xəstəsi olmağına baxmayaraq, artıq 11 aydır ki, qanun pozuntularına məruz qalaraq ölkənin hər üç təcridxanasında (1 sayli Kürdəxanı, 2 saylı Gəncə, 3 saylı Şüvəlan ) saxlanmaqla zülmə düçar edilib. Hələ bütün bunlar azmış kimi, indi də Gəncə Ağır Cinayətlər Məhkəməsində onun işinə ədalətli baxılmır və süründürməçiliyə yol verilərək məhkəməni uzadırlar.

Azərbaycan Respublikasının Konstitusiyasında qeyd edilir ki, azadlıq hüququ doğulduğu andan hər bir insanın təbii və ayrılmaz hüququdur. Bu hüquq ölkəmizin qoşulduğu beynəlxalq hüquqi aktlarda əsas insan hüququ və azadlıqları arasındadır. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 4-cü maddəsində göstərilir ki, heç kim zorla həbs və ya dustaq edilə bilməz. Bütün bunlara baxmayaraq, həyat yoldaşım Sənan Həsənoğlu qanunsuz olaraq həbs edilib və bu zaman Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1, 145.2 və 145.3 maddələrinin tələbləri pzoulub. Eləcə də həmin Cinayət-Prosessual Məcəlləsinin 74.4-cü maddəsinin (cinayətin törədildiyi yerin müəyyən edilməsi mümkün olmadıqda) bütün müddəalarına riayət edilməyib.

Hörmətli, cənab Prezident!
Hörmətli, Mehriban xanım!
Hörmətli, KİV nümayəndələri!

Qeyd olunanlarla yanaşı, həyat yoldaşımın qondarma cinayət işində istintaqı aparanlar, nədənsə, zərərçəkən statusu verdikləri yalançı şikayətçilərin Sənan Həsənoğlu ilə qərəzli və ədavətli adamlar olmasına “diqqət yetirməyiblər”. Bu isə birbaşa olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsini kobud sürətdə pozmaq deməkdir. Çünki həmin maddədə aydın şəkildə yazılıb ki, sübuta şübhə yarandıqda həmin subutlardan istifadə edilə bilməz. Sənan Həsnoğlundan və İlqar Atabəydən şikayət edənlər “Xəbər Kanalı”nda iyirmi yeddi dəfə tənqid edilən Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və onun müavinlərdir. Həyat yoldaşıma münasibətdə qərəzli və ədavətli olmaları səbəbindən onların ifadələri əsaslı sübutlar siyahısına salına bilməz. Elə Avropa İnsan Haqları Məhkəməsinin (Avşar Türkiyəyə qarşı) qərarlarında da qeyd edilir ki, ədavətli və qərəzli adamların ifadəsi sübutlar siyahısına salına bilməz. Beləliklə də, dəfələrlə “Xəbər Kanalı”nda tənqid edilən Goranboy Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri bundan nəticə çıxararaq vəzifələrinə vicdan və məsuliyyətlə yanaşmaqdansa, Sənan Həsənoğlu və İlqar Atabəyə qarşı qərəz və düşmənçilik edərək onları həbs etdiriblər. Əfsuslar olsun ki, Prezident İlham Əliyevin dəfələrlə məmurları vicdanlı və Allahlı olmağa dəvət etməyinə baxmayaraq, ölkəmizdə hələ də iş başında olan vicdansız və Allahsız məmurlar mövcuddur.

Hörmətli, cənab Prezident!
Hörmətli, Mehriban xanım!
Hörmətli, KİV nümayəndələri!

Yuxarıda qeyd etdiyim hüquq pozuntularını, həmçinin Sənan Həsənoğlunun ağır ürək və şəkər xəstəsi olmasını, İlqar Atabəyin isə himayəsində azyaşlı övladlarının olmasını nəzər alaraq onlara qarşı yol verilən qanun pozuntularına son qoyulması üçün müvafiq göstəriş verməyinizi, eləcə də onların işini nəzarətə götürməyinizi xahiş edirəm.

Hörmətlə,
Nəzakət Seyidova”.

www.yenicag.az

615
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv