!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həbsdəki polkovnik hökmdən narazıdır - Ali Məhkəməyə şikayət

!Reklam – Yazi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti rəisini keçmiş köməkçisi polkovnik Zaur Mirzəyev barəsindəki məhkəmə hökmündən Ali Məhkəməyə kassasiya şikayəti təqdim edib.

Yenicag.az xəbər verir ki, Zaur Mirzəyevin şikayətinə hakim Nazim Mövsümovun sədrliyi ilə baxılacaq. İş üzrə 17 aprel 2024-cü ilə məhkəmə baxış iclası təyin edilib.

Zaur Mirzəyev 2022-ci ilin avqustunda həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, Zaur Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə gizli kamera quraşdıraraq, qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb, hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub.

Zaur Mirzəyev barəsindəki cinayət işinin məhkəmə istintaqi Bakı Ağır Cinayətlər Məhkəməsində aparılıb. Məhkəmənin hökmünə əsasən, o, 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

FHN polkovniki hökmdən apellyasiya şikayəti verib. Lakin şikayəti təmin olunmayıb.

Zaur Mirzəyev barəsindəki cinayət işi üzrə FHN və iki qadın zərərçəkmiş qisminda tanınır./Qaynarinfo

www.yenicag.az

274
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv