!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həbsdəki qardaşına narkotik keçirmək istəyən qadın saxlanıldı

!Reklam – Yazi

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə Yenicag.az-a Xidmətdən bildirilib.

Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Ramiz Quliyevlə görüşə gələn bacısı tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada olan köynəyin cibində kağıza bükülərək gizlədilmiş, ümumi çəkisi 0,094 qram olan narkotik maddə – heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

315
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv