!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həbsdən çıxan Əli Əliyev hardadır?

!Reklam – Yazi

“Mənim kimi adamlar siyasətdən birdəfəlik getmir”.

Yenicag.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında fəaliyyəti dayandırılan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib. O, bütün siyasi prosesləri izlədiyini bildirib:

“Bir müddət belə lazımdır. Amma bu o demək deyil ki, siyasətdən getmişəm, əsla. Lazım olan vaxtlarda yenə də proseslərdə olacağıq”.

“Növbədənkənar parlament seçkiləri keçirilsə, namizdəliyinizi irəli sürəcəksinizmi” sualına Əli Əliyev belə cavab verib:
Ətraflı

“Bu barədə danışmaq tezdir. Mən bütün partiya üzvləri ilə sıx təmasdayam. Lazım gələndə mövqeyimi açıqlayacağam”.

Qeyd edək ki, Vətəndaş və İnkişaf Partiyası 28 may 2006-cı ildə Əli Əliyevin rəhbərliyi ilə yaradılıb. İlk qurultayda sədr seçilən Əli Əliyev 2021-ci ildə Qaraheybət aviasiya poliqonunda baş verən helikopter qəzasında yaralanan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilib. Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) maddəsi ilə ittiham olunan partiya sədri 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Əli Əliyev Prezident İlham Əliyev mayın 8-də imzaladığı Əfv sərəncamı ilə azadlığa buraxılıb.

www.yenicag.az

192
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv