!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Həbsdən sonra cəmiyyətin haram etdiyi HƏYAT: “Nisbətən yüngül cinayət törətmiş qadınları da...”

!Reklam – Yazi

“O düşüncəyə görə, insan bir dəfə səhv edibsə, ömrünün sonuna qədər bunun əzabını çəkməlidir”.

Bu fikirləri cəmiyyətin keçmiş qadın məhbuslara münasibəti haqda danışan tanınmış aparıcı Fira Cəlilova Yenicag.az-a açıqlamasında deyib.

O, məhkumluq həyatı yaşayan və sonradan buna görə cəmiyyətin təpkisi ilə qarşı-qarşıya qalan qadınlardan danışıb:

“Acı bir reallıqdır ki, məhkumluq həyatı yaşayan qadınlara qarşı cəmiyyətdə münasibət birmənalı deyil. Amma heç kim həyatda heç nədən sığortalanmayıb. Hər kəsin başına belə bir hadisə gələ bilər.

O insanlar da yenidən həyatda öz yerlərini tutmaq, bir iş sahibi olmaq, ayaqları üstə durmaq istəyirlər. Amma onlara münasibət fərqlidir. Həmin qadınlar iş tapa bilmir, getdikləri yerdə onlara mənfi münasibət bəslənilir. Sanki cəmiyyət onları məcbur edir ki, yenidən cəza törət, oğurluq et, pis yola düş və cəzaçəkmə müəssisəsinə qayıt.

Yəni bu düşüncəyə görə, insan bir dəfə səhv edibsə, ömrünün sonuna qədər bunun əzabını çəkməlidir, bu damğa ilə yaşamalıdır. Yəni sənin kitabın bağlanmış sayılır. Bu, xüsusilə, qadınlara aiddir. Ağır cinayət törətmiş qadınlardan danışmıram, nisbətən yüngül cinayət törətmiş qadınları nəzərdə tuturam.

Özəlliklə gənc xanımlar var ki, cəmiyyətdə onlara münasibət birmənalı deyil. Həmin qadınlar məhbusluq müddəti bitəndən sonra yeni həyata başlamaq istəyir, amma mümkün olmur. Daha artıq sıxışdırılır, daha artıq qınaq atəşinə tutulurlar. Hərçənd ki 10 ildən sonra məhbusluq statusu insanın üzərindən rəsmi olaraq götürülür. Amma cəmiyyət o insanlara yaşamağı illərlə haram edir”.

Cəvahir

www.yenicag.az

489
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv