!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həbsxanada məhkum yoldaşını yağ bıçağı ilə öldürdü - TƏFƏRRÜAT - FOTO

!Reklam – Yazi

Çəzaçəkmə Müəssəsində məhkum yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Famil Hüseynovun cinayət işi üzrə təfrrüatlar məlum olub.
Yenicag.az xəbər verir ki, hadisə Pentensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində baş verib. Müəssisədə cəza çəkən Famil Hüseynovla digər məhkum Həsən Əliyev arasında mübahisə olub. Nəticədə Famil Hüseynov yeməkxanadan götürdüyü bıçaqla Həsən Əliyevi vurub. Sonuncu aldığı bıçaq xəsarətindən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Təqsirləndirilən şəxsi qismində ifadə verən Famil Hüseynov Gürcüstan respublikasında anadan olduğunu və təxminən 25 il olarki Bakıda yaşadığını bildirib. 14 yaşlı olanda Yasamal rayonu ərazisində oğurluq cinayəti törətdiyini görə rayon məhkəməsinin hökmü ilə 3 il şərti cəza alıb.

2007-ci ildə Səbail rayonunda soyğunçuluq və quldurluq əməllərinə görə barəsində cinayət işi aparılıb. Ağır Cinayətlrə Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum olunub və cəzasını çəkmək üçün 2008-ci ildə 2 saylı Cəzaçkəmə Müəssəsinə göndərilib.

Onunla eyni müəssədə Həsən Əliyev adlı məhkum qalıb. Sonuncu xaraktercə kobud, insanların hissi ilə oynamağı və təhqir etməyi sevən bir insan olub. Onunla 2015-ci ilin avqust ayında münasibəti pisləşib. Belə ki, Əliyev onu haqqsız yerə dəfələrlə incidərək güya məhkumlarla qumar oynadığını və bu oyunlar zamanı ondan icazə almadığını bildirib. Famil isə heç vaxt qumar oynamadığını deyib. Buna görə Həsənə onu vurub ağır söyüşlərlə təhqir edib və məhkumlar arasında hörmətinin olmayacağını vurğulayıb.

Famil Hüseynov bilrib ki, Həsənin etdiyi hərəkət ona pis təsir edib. Hüseynov müəssədə ona heç kimin hörmətinin olmayacağından qorxaraq dəfələrlə Əliyevə yaxınlaşıb məhkumlara onu böyük qardaş kimi vurduğunu və onunla zarafat etdiyini bildirməsini xahiş edib.

Sentyabrın 10-u səhər saat 8-də Famil yeməkxanaya gedib məhkumlara yağ və meyvə kəsmək üçün paylanılan mətbəx bıçağını alıb. Qısa müddətdə yeməyini yeyib oradan kənarlaşıb. Qaldığı yataq otağına gəlib bıçağı çarpayıdakı yastığın altına qoyub. Daha sonra 2-ci və 3-cü korpusun ortalarında yerləşən televizor otağının yaxınlığından keçərkən Həsəni orada görüb geri qayıdıb bıçağı götürüb.

Famil Hüseynov ifadəsinin davamında göstərib ki, bıçağı əynində olan qara rəngli gödəkcəsinin sol qolunda gizlədərək həmin otağöa gedib. Həsənin yanında heç kim olmayıb. Lakin oturduğu stuldan bir az aralıda bir neçə tanımadığı məhkumlar olub.

Famil Həsənə yaxınlaşaraq çölə çıxmasını tələb edəndə sonuncu üzünə baxıb ünvanına söyşlər söyüb. Buna dözməyən Hüseynov bıçağı çıxarıb onun sağ qoluna zərbə vurub və qaçıb. Həsən arxasınca söyüşlər söyərək onu təqib edib. Famil isə növbətçi hissəyə gəlib oarada olan nəzarətçiyə təslim olaraq Əliyevi vurduğunu bidirib. Nəzarətçi onu növbətçi hissədə gizlədib. Sonra cərimə təcridxanasına aparıblar. Təxminən 1 saatdan sonra Həsənin öldüyünü eşidib.

Famil Hüseynov əlavə olaraq ifadəsində göstərib ki, Həsən ondan fiziki cəhəddən güclü olub və bundan istifadə edib onu incidib şəxsiyyətini alçaldıb. Əliyevi bıçaqla vurarkən bir neçə xatırlamadığı məhkum yoldaşları yanında olub.

Məhkəmə prosesində Famil Hüseynov ittiham üzrə özünü təqsili hesab edib.

Məhrumun atası isə təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini tələb edib.

Sonda məhkəmənin hökmü ilə Famil Hüseynov 14 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

www.yenicag.az

287
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv