!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Heç bir dövlət orqanı malların keyfiyyətinə nəzarət etmir" - ETİRAZ

!Reklam – Yazi

“Bu gün malların keyfiyyətinə nəzarət edən operativ bir mexanizm mövcud deyil”.

Bu sözləri ərzaq qiymətlərinin bahalaşması fonunda keyfiyyətlə bağlı vəziyyəti şərh edən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, istehlakçıların sağlamlığının diqqət mərkəzində olması vacib olsa da, hüquqlarının kobud şəkildə pozulması halı təəssüf doğurur:

“Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əsasnaməsində malların təhlükəsizliyinin təmin olunması yer alsa da, keyfiyyəti məsələsi ilə heç kim məşğul olmur. Heç bir dövlət orqanı malların keyfiyyətinə nəzarət etmir və demək olar ki, bir sıra yoxlayıcı dövlət qurumlarının əl-qolu bağlıdır. Bu isə istehlakçıların həyatında öz mənfi izlərini qoymaqda davam edir. Bu gün malların keyfiyyətinə nəzarət edən operativ bir mexanizm mövcud deyil. Axşam saat 18:00-dan sonra restoranlarda toy şənlikləri başlayır və burada külli miqdarda istehlakçı aldadılması faktları yaşanır. Lakin dövlət məmurları bu vəziyyətə nəzarət etmirlər. Təəssüf ki, bu vəziyyət böyük boşluğun olmasından irəli gəlir və çatışmazlıqlar mütləq şəkildə aradan qaldırılmalıdır. Fikrimcə, qanunlarda ciddi dəyişiklik edilməlidir”.

Gülşən Şərif

www.yenicag.az

363
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv