!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Heç bir münaqişə ananın göz yaşına dəyməz“ - Papa

!Reklam – Yazi

Müharibələr hər zaman bəşəriyyət üçün məğlubiyyətdir. Heç bir müharibə insan itkisinə dəyməz.

Yenicag.az xəbər verir ki, bu sözləri Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk deyib.

Roma Papası dünyanın müxtəlif yerlərində münaqişələrin dayandırılmasına çağırış edib. Bildirib ki, dialoq və əməkdaşlıq münaqişələri həll etmək üçün yeganə vasitədir.

O, müxtəlif münaqişə meydanlarında raketlər və hücumların sülhə olan ehtiyaca töhfə vermədiyin deyib:

“Müharibələr həmişə bəşəriyyət üçün məğlubiyyətdir. Heç bir münaqişə öz övladının şikəst və ya öldürüldüyünü görən ananın göz yaşına dəyməz. Müharibə vətənlərini tərk etməyə məcbur olanların çarəsizliyidir. Silahları susdurun. Bu ölüm alətlərinin istehsalını və ticarətini yenidən nəzərdən keçirin”.

www.yenicag.az

186
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv