!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Heç bir yolu qalmayan separatçı rejimin Azərbaycanla..." - ŞƏRH

!Reklam – Yazi

“Azərbaycanın separatçı rejimi tanımadığını və danışıqlara getməyəcəyini çox yaxşı anlayırlar. Bununla da Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağı planlayıblar”.

Bunu separatçı rejimin sürlhməramlılar vasitəsilə Azərbaycanla görüş keçirilməsi təklifi haqqında fikirlərini səsləndirən politoloq Anar Əliyev Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan Qarabağda yaşayan ermənilərin vətəndaşımız olduğunu, tərəfimizdən təhlükəsizliklərinin təmin ediləcəyini dəfələrlə bəyan edib:

“Mart ayında Qarabağ erməniləri nümayəndəsi ilə keçirilən görüşdə Azərbaycan sülh tərəfdarı olduğunu və hər zaman sülh yolunda addım atacağını bildirib. Azərbaycan dəfələrlə görüşlərin keçirilməsi, sülh danışıqlarının baş tutması yolunda addım atıb. Lakin separatçı rejimin təhdidi nəticəsində görüşlər baş tutmayıb. Bunu görən Azərbaycan separatçı rejimə qarşı daha sərt mövqe sərgiləməyə başladı. Azərbaycan ordusu separatçı rejimin rus kontingenti vasitəsilə silah daşıdığı alternativ yolları nəzarətə götürdü. Sözün həqiqi mənasında, heç bir yolu qalmayan separatçı rejimin Azərbaycanla danışıqlara gəlməkdən başqa seçimi qalmadı.

Azərbaycan uğurlu siyasəti nəticəsində bölgədə təsir imkanlarını gündən-günə daha da artırır. Bunu görən və rus kontingentinə arxalana bilməyən separatçı rejim çətin vəziyyəti dərk edir.

Digər tərəfdən, atılan bu addım erməni bicliyi də ola bilər. Dünyaya sülh tərəfdaşı olduqlarını nümayiş etdirmək istəyirlər. Azərbaycanın separatçı rejimi tanımadığını və danışıqlara getməyəcəyini çox yaxşı anlayırlar. Bununla da Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağı planlayıblar. Belə ucuz gedişlərlə istəklərinə nail ola bilməyəcəklər. Separatçı rejim bizim üçün cinayətkardır, Azərbaycan hüquq-mühafizə orqanları qarşısında cavab verməlidir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

338
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv