!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Heç kim başqalarına məsləhət verməsin” - Türkan KİMƏ SƏSLƏNDİ?

!Reklam – Yazi

“Bunu deyənlərin özləri meyxanaçıların sözlərinə və musiqisinə yazılmış mahnıları oxusalar da, başqalarını tənqid edirlər”.

Yenicag.az xəbər verir ki, müğənni Türkan Vəlizadə bu sözləri oxuduğu meyxana tipli mahnılara görə onu tənqid edən həmkarlarına ünvanlayıb.

Sənətçi həmin adamların elə özlərinin meyxanaçılarla işbirliyi qurduqlarını bildirib:

“Oxuduğum mahnılara görə efirə çıxıb məni tənqid edirlər. Bir zəhmət çəkib sosial şəbəkə paylaşımlarıma baxsınlar, mən klassik mahnılar da ifa edirəm.

Neyləməliyik? Kimin çörəyi haradan gəlirsə, hansı mahnı sevilirsə, hansı mahnı kütlə tərəfindən qəbul edilirsə, onu da oxuyuruq. Heç kim başqalarına məsləhət verməsin, öz məsləhətləri ilə işləsinlər.

Bəzi insanlar müğənniləri tənqid edirlər. Deyirlər, indi hamı meyxana tipli mahnılar oxuyur. Bunu deyənlərin özləri meyxanaçıların sözlərinə və musiqisinə yazılmış mahnıları oxusalar da, başqalarını tənqid edirlər”.

Sənətçi bu sözləri “Evdəkilərə salam” verilişində deyib.

Nehru

www.yenicag.az

177
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv