Reklam

Reklam

London məhkəməsinin Ukraynanın Rusiyaya 3 milyard dollar borcunu ödəmək öhdəliyi haqqında qərarı Kiyevi çıxılmaz vəziyyətə salıb.

Bu barədə Yeniçağ.Ru-ya müsahibə verən ukraynalı politoloq Aleksandr Oxrimenko bildirib ki, Ukraynanın Rusiyaya olan 3 milyard dollar borcunu öz resursları hesabına ödəmək imkanları yox dərəcəsindədir:

“Ukraynalı hüquqşünaslar vəziyyəti dəyişmək üçün London Ali Məhkəməsində vəsadət qaldırıblar. Bu vəsadətin məzmunu London məhkəməsinin sözügedən qərarı barədə mübahisə etmək yox, daha qısa zamanda apellyasiya şikayətinə baxılmasına nail olmaqdan ibarətdir. London Ali Məhkəməsi bu vəsadəti təmin edib.

Ukrayna Rusiyaya ödəməli olduğu 3 milyard dolları Beynəlxalq Valyuta Fondundan istəyə bilər. Ancaq Fondun buna müsbət cavab vermək ehtimalı aşağıdır. Yəqin ki, heç kim Ukraynana pul verməyəcək. Maydan hadisələrindən sonra belə bir eyforiya yaranmışdı ki, Ukrayna Avropa İttifaqına çox lazımdır. Ancaq bu gün Ukrayna nə Avropaya, nə də Amerikaya lazım deyil”.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 30
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."