!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Həcc ziyarətinə yatırılan pullar müsəlmanların bir-birini öldürməsinə yönəldilib" - İlahiyyatçıdan OLAY SÖZLƏR

!Reklam – Yazi

Azərbaycandan həcc ziyarəti üçün kvota və qiymət müəyyənləşib. Belə ki, bu il Azərbaycana həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb. Həcc ziyarətinin qiyməti 5350 ABŞ dolları müəyyən olunub.

Mövzu ilə bağlı ilahiyyatçı Elşən Sultanzadə Yenicag.az-a açıqlamasında bildirib ki, dinin mahiyyətini itirməsi fonunda Həcc ziyarətinə getməyin heç bir mənası yoxdur:

“Allah artıq müsəlmanların duasını qəbul etmir. Allah müsəlmanları yaddan çıxarıb. Çünki müsəlmanlar Allaha xəyanət edib. Ona görə də Həcc ziyarətinin hansı məbləğdə olmasının əhəmiyyəti yoxdur. Kəbə artıq əvvəlki strukturundan çıxıb, turistik mərkəz olub. Yəni həcc turizmi olub. Həcc ziyarətinə yatırılan pullar da müsəlmanların bir-birini öldürməsinə yönəldilib. Səudiyyə Ərəbistanı qazandığı pullarla İŞİD-ə dəstək olur, ABŞ və İsraildən silah alır. Bu gün düşüncəsi olan heç bir insan həcc ziyarətinə getməz. Əgər sənin yatırdığın pul xristiana gedirsə və o sənin pulunla silah alıb müsəlman qardaşını öldürəcəksə, ortalıqda günah sahibi olursan.

Qiymətə gəlincə Həcc ziyarətinə onsuz da imkanlı şəxslər gedir. Burada qeyri-adi heç nə yoxdur. İmkanlı şəxslər ya kefindən, ya da ad olsun deyə həcc ziyarətinə gedirlər. Təəssüf ki, bu gün İslam dininin strukturu tamamilə dağılıb. Quran ancaq yas mərasimlərində yada düşür. Bu gün həcc ziyarəti də öz mahiyyətini itirib. Yaxşı olar ki, həcc ziyarətinə gedən şəxs hansısa tələbənin təhsil almasına, imkansız ailəyə və ya müharibədə sağlamlığını itirmiş vətəndaşımıza dəstək olsun. Bu, sözün əsl mənasında, savabdır”.

Qeyd edək ki, həcc ziyarətinə gedənlər Səudiyyə Ərəbistanı Krallığına daxil olmazdan 72 saat əvvəl PCR test verməlidirlər.

Gülşən Şərif

www.yenicag.az

1666
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv