!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Həddindən artıq pula aludəçiliyin fəsadları: "Əziyyəti o çəksin, sən kef eləyəsən..." -  Namiq Qaraçuxurludan ETİRAF

!Reklam – Yazi

“Pul qazanmaq, pul qazanmaq… Bir onda baxmışam ki, hər şeyim var, heç nəyim yoxdur…”

Yenicag.az xəbər verir ki, bunu meyxanaçı Namiq Qaraçuxurlu keçmişi ilə bağlı danışarkən deyib.

Sənətçi həddindən artıq pula aludəçiliyin insana əziyyət verdiyini bildirib:

“Bəzən pul evə gəlib çatmamış gedir. Bir vaxtlar mənim də başım pul qazanmağa qarışıb. Pul qazanmaq, pul qazanmaq… Bir onda baxmışam ki, hər şeyim var, heç nəyim yoxdur. Yaxud da ətrafımdakıların hər şeyi var, mənim heç nəyim yoxdur. Bu, çox pis şeydir. Ona görə də indi dalbadal məclislər olanda, bəzən götürmürəm. Çünkü elə olanda, özümü, şəxsi həyatımı unuduram. Elə insanlar var ki, görəndə deyir, sabah çıxıb gedirəm Rusiyaya. Soruşursan niyə? Deyir, Məhərrəmlik gəlir də, burada qalıb neyləyim? Dayan da bir, nə olub, bir həftə də ailənə vaxt ayır. Onsuz da biz nə qədər pul qazansaq da, ətrafımız kef çəkir. Mən həmişə deyirəm ki, özünün yaxşı pulun olmaqdansa, dostunun, qohumunun yaxşı pulu olsun. Əziyyəti o çəksin, sən kef eləyəsən. Nə qədər adamlar tanıyıram ki, stres içində yaşayırlar, amma qohum-əqrəbası hamısı kefdədir. Nə qədər cavan-cavan adamlar bir-iki ayın içində dünyasını dəyişdi. Həyat belədir. Ölüm yaşa baxmır.

Çox var-dövlət istəmə ki, ay villam, lap bahalı maşınım olsun, hər gün gedim restoranda oturum. Evim, bir maşınım olsun, ürəyim istəyəndə ailəmlə restorana gedim, bəsdir. Bu yığcam arzularla yaşasan rahat olursan, fikir etmirsən ki, bu niyə yoxdur, o niyə yoxdur”.

Namiq bu fikirləri “Xəbər-Ətər” verilişində səsləndirib.

Nehru

www.yenicag.az

364
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv